Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub YENİLƏNİB-2 VİDEO
Cəlilabad, 19 iyun, AZƏRTAC
Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunlar rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovdur.
15:27
Cəlilabad rayonunun Hamaraqışlaq kəndində su bəndində boğulan şəxslərin cəsədləri sudan çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda boğulan şəxslərin kimliyi və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
15:01
Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.
Hazırda boğulan şəxslərin axtarışları davam etdirilir.
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
Mil-Muğan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO
Həsənriz kəndində daha 20 ailəyə mənzillərin açarları təqdim olunub – YENİLƏNİB 2 VİDEO