×
A
A
A
Sazlamalar

Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

Cəmiyyət 2024-06-19 14:38:00