×
A
A
A
Sazlamalar

Valter Fast: Yüksək Səviyyəli 29-cu Toplantı fikir mübadiləsi üçün çox vacib tədbirdir

Bakı, 19 iyun, AZƏRTAC

Hesab edirəm ki, Yüksək Səviyyəli 29-cu Toplantı həm fikir mübadiləsi, həm də iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlarda eyni səhvlərə yol verməmək, eyni zamanda, həqiqətən də iqlim dəyişikliyinin aradan qaldırılmasına nail olmaq üçün keçmişdə əldə edilən biliklərin müzakirəsi üçün çox vacib tədbirdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin sabiq baş direktoru Valter Fast söyləyib.
O, Azərbaycanın çox yaxşı ölkə və insanlarının çalışqan olduğunu qeyd edib.

Cəmiyyət 2024-06-19 13:43:00