×
A
A
A
Sazlamalar

Balakəndə 4 ton çətənə kolu məhv edilib

Bakı, 19 iyun, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gərəkli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 4 ton olan 4500 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Cəmiyyət 2024-06-19 13:41:00