Qazaxıstanda neft-qaz sənayesinin dekarbonizasiyasına həsr olunan ilk konfrans keçiriləcək
Astana, 19 iyun, AZƏRTAC
İyunun 21-də Aktau şəhərində Qazaxıstanda ilk dəfə “Neft-qaz sənayesinin dekarbonizasiyası: perspektivlər və cari inkişaf məsələləri” mövzusunda konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC “PetroCouncil” neft-qaz şurasına istinadən xəbər verir.
Konfransda Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mangistau vilayətinin Akimati rəhbərliyi, iri neft-qaz operatorlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Tədbirdə dekarbonizasiya prinsiplərinə əsaslanan qlobal enerji keçidi ilə bağlı aktual problemlər müzakirə olunacaq.
Konfrans “PetroCouncil”neft-qaz şurası və Bureau Veritas tərəfindən Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və “PetroMining” Assosiasiyasının dəstəyi ilə təşkil edilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
“Aqroservis”in rəhbəri Ağsuda vətəndaşları dinləyəcək
® “Veysəloğlu Şirkətlər Qrupu” Naxçıvanda silsilə market açılışlarını davam etdirir
Quba və Xaçmazda təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi edilib
Elektrik enerjisi üzrə əhali və qeyri-əhali qruplarının göstəriciləri açıqlanıb
Azərbaycandan tranzit keçməklə narkotik vasitə aparılmasının qarşısı alınıb