Balakən sakini çayda üzərkən boğulub
Balakən, 19 iyun, AZƏRTAC
Balakən rayonunun Talalar kənd sakini olan 19 yaşlı gənc çaya yüksəklikdən baş vurub və qumsallıqda qalaraq boğulub.
AZƏRTAC xəbər verir ki, ötən gün qızmar havada sərinləmək üçün Balakən rayonu Talalar kənd sakini 19 yaşlı Ülfət Əliyev dostları ilə qonşu Zaqatala rayonunun Uzun Tala kəndinə gəlib. Buradakı çayda çimərkən o yüksəklikdən çaya tullanıb. Ehtimal edilir ki, gənc qumsallıqda ilişərək elə oradaca boğulub .
Faktla bağlı araşdırma aparılır.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib
Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib