×
A
A
A
Sazlamalar

Bakı metrosunun “Bakmil” stansiyasında hərəkət cədvəli yenilənib

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 20-dən “Bakı metropoliteni” QSC-də qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Cədvəl “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilib.
Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.
Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

İqtisadiyyat 2024-06-19 11:38:00