ABŞ-də yanğına görə 7 min sakin təxliyə edilib
Bakı, 19 iyun, AZƏRTAC
ABŞ-ın Nyu-Meksiko ştatında dağlıq ərazidə başlayan yanğın 500-dən çox evi külə döndərib.
AZƏRTAC xəbər verir ki, yanğınla əlaqədar yeddi mindən çox sakin təxliyə edilib. Əraziyə çox sayda yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Rəsmi məlumata görə, 80 kvadrat kilometrdən çox ərazini məhv edən yanğının qarşısını almaq hələ ki, mümkün olmayıb.
Ekspertlər bildirirlər ki, ABŞ-ın cənubunda 2 ildir qış çox yağıntılı keçdiyi üçün çox sayda ot bitib. Yayda isə müşahidə edilən şiddətli isti və quraqlıq yanğın riskini artırır.
Qeyd edək ki, ötən həftə Nevada ştatında 44 dərəcə Selsi, Kaliforniyada isə 50 dərəcə Selsi istilik qeydə alınıb.
NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır
Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA
Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir
Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib
Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb