ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər
Vaşinqton, 19 iyun, AZƏRTAC
ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı göstəriş verib.
AZƏRTAC-ın məlumatına görə, Ağ Ev administrasiyası yaxın aylarda ABŞ vətəndaşlarının hüquqi statusu olmayan ərlərinin (arvadlarının) daimi yaşayış hüququ və ölkəni tərk edib qayıtmağa ehtiyac qalmadan vətəndaşlıq üçün müraciət etmələrinə icazə verəcək.
Prezident Co Baydenin qərarı təxminən 500 min nəfəri əhatə edəcək. Bu tədbir ABŞ-da miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir və seçki prosesində hazırki prezidentin xeyrinə işləyəcəyi ehtimal olunur.
Qeyd edək ki, bu yaxınlarda Co Baydenin cənub sərhədlərini bağlamaqla bağlı kəskin qərarı ölkədə geniş narazılığa səbəb olmuşdu.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib
Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb
Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib
KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib