×
A
A
A
Sazlamalar

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Bakı, 19 iyun, AZƏRTAC

Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın və partlayışlar 2 saatdan artıq davam edib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, burada ölkənin əsas sursat anbarı yerləşir. Quru qoşunlarının iri kalibrli silahlarının böyük hissəsi bu anbarda toplanıb.
Partlayışların gücündən 6-7 kilometr radiusda evlər zərər görüb. Beynəlxalq aeroportun yaxınlığında yerləşən arsenalın yaxınlığında çox ayda hərbi hissə, yaşayış məhəllələri, həmçinin silahlı qüvvələrin baş qərargahı yerləşir.
Zərərçəkənlər barədə məlumat verilmir.

Dünya 2024-06-19 07:15:00