BDU-nun “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib. Liseyə qəbul olmaq üçün 2 535 nəfər müraciət edib.
BDU-dan AZƏRTAC bildirilib ki, imtahan prosesi mütəşəkkil qaydada keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün bütün şərait yaradılıb.
İmtahanın nəticələrinin bir həftə ərzində açıqlanacağı gözlənilir.
“Gənc istedadlar” liseyi ölkənin ən yaxşı liseyləri sırasındadır. Liseyin şagirdləri hər il beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda önəmli yerlər qazanırlar.
Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib
AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir
UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb
BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib
Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır