ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib
Ankara, 18 iyun, AZƏRTAC
Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin sədri Zorlu Töre ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
AZƏRTAC ŞKTR parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Zorlu Töre Sahibə Qafarovanı müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
ŞKTR parlamentinin rəhbəri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclasının yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkür edib.
Zorlu Töre Azərbaycan Milli Məclisinin sədrini Lefkoşaya səfərə dəvət edib.
Şimali Kipr parlamentinin sədri Milli Məclisin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və Türkiyə-ŞKTR parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem ilə də telefon danışığı aparıb.
Serbska Respublikasının Prezidenti Azərbaycanın biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib
Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir
Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi
Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb