Qazaxıstan Trans-Xəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır
Astana, 18 iyun, AZƏRTAC
Astanada Qazaxıstan Respublikası Baş nazirinin müavini, ölkənin xarici işlər naziri Murat Nurtleu Finlandiyanın “Nurminen Logistics Plc” şirkətinin rəhbərliyi də daxil olmaqla, bir sıra xarici şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb.
Bu barədə AZƏRTAC Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər Qazaxıstanın nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmaq məqsədilə birgə investisiya layihələrinin həyata keçirilməsinin perspektivləri və imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Finlandiya şirkəti müxtəlif dəmir yolu daşımaları və ekspedisiya üzrə xidmətlər göstərən ən böyük logistika operatorlarından biridir. Şirkətin əsas bazarları Finlandiya, Baltikyanı ölkələr və MDB ölkələridir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək
® “Unibank” 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən başlanılıb
® “Kapital Bank” 2024-cü il üzrə maliyyə nəticələrini elan edib