×
A
A
A
Sazlamalar

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Bakı, 18 iyun, AZƏRTAC

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Zirə” klubunun da rəqibi bəlli olub.
Azərbaycan təmsilçi bu raundda Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Zirə” ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.

İdman 2024-06-18 17:15:00