Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib
Tbilisi, 18 iyun, AZƏRTAC
İyunun 17-də Gürcüstan ərazisində yağan güclü leysan yağışları və dolu regionlarda bir sıra ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, Kvemo Kartli və Laqodexi bölgələrində kənd təsərrüfatı və üzümçülük sahələrinə ciddi ziyan dəyib. Kvemo Svaneti bölgəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə daha çox Tsaqeri-Lentexi bölgəsində 5 ərazi vahidində qeydə alınıb. Nəticədə bölgədə bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Ərazidə yolların təmizlənməsi həyata keçirilir.
Elektrik və qaz xətlərinin sıradan çıxması səbəbindən bir neçə kəndə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb.
Hidrometeorologiya xidməti isə havanın yenidən pisləşəcəyi barədə məlumat yayıb.
Güclü yağıntılar Şərqi Gürcüstanda kiçik çaylarında daşmasına, dağlıq ərazilərdə torpaq sürüşməsinin aktivləşməsinə səbəb ola bilər.
Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT
Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib
Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır
İngiltərədə sənaye zonasında güclü yanğın baş verib
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib