×
A
A
A
Sazlamalar

Bakıda mikroavtobus yandı

Bakı, 18 iyun, AZƏRTAC
Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısında mikroavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

Cəmiyyət 2024-06-18 13:58:00