Fransa Ermənistanı silahlandırmaqda davam edir
Tbilisi, 18 iyun, AZƏRTAC
Fransa Ermənistanı silahlandırmaqda davam edir. Bu dəfə Fransa Ermənistana CAESAR özüyeriyən artilleriya sistemləri verəcək.
AZƏRTAC xəbər verir ki, İrəvan və Paris Fransanın CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzalayıblar.
Ermənistan mətbuatının yazdığına görə, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkədə məlumat yayıb: “Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”.
Qeyd edək ki, CAESAR özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib
Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır
Gürcüstanda pasxa bayramı qeyd olunur
“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir
Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib