Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək
Bakı, 18 iyun, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisi Tatarıstanın paytaxtı Kazana yollanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamız “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında iştirak edəcək.
Turnirdə milli komanda tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu "BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Ruslan Rüstəmov (63,5 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Cavid Çələbiyev (71 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Fəqan Məmmədov (80 kiloqram), Seyid Seyidov (86 kiloqram), Vətən Hüseynli (92 kiloqram) və Yohannes Nuriyevə (+92 kiloqram) şans verəcək.
Qeyd edək ki, multiidman turnirində boks yarışları iyunun 19-22-də keçiriləcək.
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq
Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək
Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib
Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik