Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
Stokholm,18 iyun, Nərgiz Cəfərli, АZƏRTAC
Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Malmö şəhərində İsveçin Skone regionunda yaşayan soydaşlarımız üçün səyyar konsulluq qəbulu həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyimizin konsul məsələləri üzrə məsul şəxsi Nail Qocayev müraciət edən diaspor üzvlərinə ehtiyacları olan sənədlərin verilməsini təmin edib.
Bundan başqa vətəndaşların mövcud problemləri ilə maraqlanılıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarına cavab verilib.
Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Oslo Azərbaycan Evinin sədri: Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir
Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub
Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib