İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb
Bakı, 18 iyun, AZƏRTAC
İsmayıllı rayonunun Diyallı kəndində yaşayan, 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki,itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gədəbəyin Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib
“Karyerada Biz Forumu-2025” yekunlaşıb
Gədəbəy rayonunun Qızılca meşəbəyliyində yanğın olub
CNN Türk”: Blokadada olan Ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir