İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər
Bakı, 18 iyun, AZƏRTAC
"Türkiyə millisi bu turnirə vəsiqə qazanıbsa, deməli, zəif komanda deyil".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü İlqar Qurbanov Türkiyə millisinin Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
O, bu gün Türkiyə seçməsinin Gürcüstanla oyununun çətin keçəcəyini bildirib: "İlk görüşdür və hər iki komanda xal almaq istəyəcək. Türkiyənin heyəti təcrübəli oyunçulardan ibarətdir. Lakin bu cür turnirlərdə sürpriz ehtimalı yüksək olur. Yəni gürcüstanlılar da uğurlu nəticə qazana bilərlər".
Vaxtilə Türkiyə Superliqasında çıxış etmiş futbolçu qardaş ölkə təmsilçisinin qrupdan çıxmaq şanslarının yüksək olduğunu söyləyib: "Heyətə baxsaq, bu, mümkündür. Lakin hansı mərhələyə qədər gedəcəkləri barədə indidən nəsə demək tezdir. Püşkatmada qarşılarına çıxacaqları rəqibdən də çox şey asılı olacaq".
İ.Qurbanov Avro-2024-də favorit hesab etdiyi komandanın adını da açıqlayıb: "Düşünürəm ki, son Avropa çempionu İtaliya seçməsi bu dəfə də uğurlu nəticə əldə edə bilər".
Qeyd edək ki, Türkiyə - Gürcüstan oyunu bu gün Bakı vaxt ilə saat 20:00-da start götürəcək.
“Çempionların savaşı” şahmat turnirinin qalibi: Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi
Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub
“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirir