×
A
A
A
Sazlamalar

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Bakı, 18 iyun, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının D qrupunun ilk turunda Avstriya yığması ilə oyunda zədələnən Fransa millisinin kapitanı Kilian Mbappenin durumuna aydınlıq gəlib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, matçın sonlarında rəqib oyunçu Donso ilə toqquşan ulduz futbolçunun burnu sınıb. Onun tezliklə əməliyyat olunacağı və qalan görüşlərdə xüsusi maska ilə oynayacağı bildirilib.
Qeyd edək ki, Fransa millisi Avstriya seçməsinə 1:0 hesabı ilə qalib gələrək, Avro-2024-ə qələbə ilə başlayıb.

İdman 2024-06-18 11:40:00