×
A
A
A
Sazlamalar

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

Bakı, 18 iyun, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə “Zirə” klubunun da rəqibi bəlli olacaq.
Püşkatma mərasimində səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin 6 potensial rəqibi var. Bunlar Moldovanın “Şerif”, Sloveniyanın “Maribor”, Qazaxıstanın “Tobol”, Polşanın "Visla”, Kiprin "Pafos və Macarıstanın "Paks" klublarıdır.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.

İdman 2024-06-18 11:23:00