×
A
A
A
Sazlamalar

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Bakı, 18 iyun, AZƏRTAC
İyunun 17-də UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib.
Elm və Təhsil nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər.
İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.

Elm və təhsil 2024-06-18 11:17:00