DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 17-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.
Nəsimi rayonunda hərbi sursat aşkarlanıb
Temperatur 7-10 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Belarusun nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib