×
A
A
A
Sazlamalar

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Tbilisi, 18 iyun. AZƏRTAC
Ermənistan Müdafiə Nazirliyi Fransanın KNDS hərbi-sənaye şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Ermənistanın Müdafiə Nazirliyi ilə KNDS şirkəti arasında müqavilə imzalanıb.
Müqavilə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində imzalanıb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-06-18 01:36:00