×
A
A
A
Sazlamalar

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Bakı, 18 iyun, AZƏRTAC
Biz razılıq əldə etdikdən sonra Ukrayna NATO-ya üzv olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O bildirib ki, səs çoxluğu kifayət deyil və qərar yekdilliklə qəbul edilməlidir.
Stoltenberqin fikrincə Ukraynanın alyansa üzv olması gecikdirilməməlidir. Bunun üçün münaqişəni tamamilə dayandırmaq lazımdır.
Xatırladaq ki, bundan öncə Almaniya kansleri Olaf Şolts bildirib ki, Ukrayna yaxın 30 ildə NATO-ya üzv olmayacaq.

Dünya 2024-06-18 00:56:00