Avro-2024: Slovakiya Belçikanı məğlub edib
Bakı, 17 iyun, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, E qrupunun ikinci matçında Belçika və Slovakiya komandaları üz-üzə gəlib. Oyun slovakların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 7-ci dəqiqədə İvan Şrants vurub.
Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Əminə Əliyeva dünya çempionu olub
"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub
"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub
Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib
Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib