Muxtar respublikanın iki rayonunda yanğınlar olub
Naxçıvan, 17 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Şəhriyar kəndində yardımçı tikilidə, Çomaxtur kəndində ot tayasında, Sədərək rayonunda isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məlumatlarla əlaqədar Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınlar söndürülüb və hadisənin daha geniş sahələrə yayılmasının qarşısı alınıb.
NDU-da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib
Qəbələdə “Peşə təhsilinin şəhid məzunları” kitabının təqdimatı olub
Nazirlikdən fermerlərə çağırış: Subsidiya almaq üçün yazlıq əkinlərinizi EKTİS-də bəyan edin!
Qarabağa səfər edən hindistanlı səyyah: Ölkənin bu hissəsi çox fərqlidir, heyrətamizdir
Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır VİDEO