Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib
Astana, 17 iyun, AZƏRTAC
Qazaxıstan İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə beynəlxalq tədbirlərin qrafikinə görə iştirak etməyib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. O əlavə edib ki, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.
Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.
Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.
Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib
“Almaniya Krallığı” təşkilatı qadağan edilib
“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir
İtaliyanın Kampi Fleqrey şəhərində 4,4 bal gücündə zəlzələ olub