Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb
Bakı, 17 iyun, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gəlib. Oyun rumınların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.
Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb
Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib