Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb
Bakı, 17 iyun, AZƏRTAC
Çexiyanın şərqindəki Libavada hərbi poliqonda partlayış nəticəsində doqquz hərbçi yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “lidovky.cz” internet portalı məlumat yayıb. Məlumata görə, Olomouts şəhər xəstəxanasının nümayəndəsi Adam Fritşer bildirib ki, yaralılardan dördü Olomouts xəstəxanasına, dördü isə hərbi hospitala aparılacaq. Bir nəfərə isə yerindəcə yardım göstərilib.
Partlayış haqqında məlumatı daha əvvəl Çexiya ordusu “X” hesabında bildirib.
Hərbi poliqon Olomouts şəhərinin yaxınlığında yerləşir və 1949-cu ildən istifadə edilir. Onun sahəsi 235,5 kvadratkilometrdir.
Vyetnam parlamenti hökumətin yeni tərkibini təsdiqləyib
Ankarada Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb
İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb
Viktor Orban suverenliyin birinci dərəcəli əhəmiyyətini vurğulayıb