Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar
Bakı, 17 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə növbəti “Go Camp” piknik layihəsi Quba rayonunun Çənlibel gölü ərazisində reallaşıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi könüllülər arasında birliyin təşviqi və şəbəkələşməsi olub.
Azərbaycan könüllüləri layihə çərçivəsində müxtəlif oyunlar və idman yarışları keçiriblər. Daha sonra onlar üçün nahar və çay süfrəsi təşkil olunub. Layihə gənclərin özlərində yeni xüsusiyyətlər kəşf etməsi və xoş anlarla yadda qalıb.
Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO