“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarındakı qrup matçlarının təqvimi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-A verilən məlumata görə, yığma Olimpiadada ilk görüşünü iyulun 30-da İspaniya seçməsinə qarşı keçirəcək.
Qızlarımızın qrup oyunlarının tarixləri və saatlarını Bakı vaxtı ilə sizlərə təqdim edirik:
30 iyul
23:00. İspaniya - Azərbaycan
31 iyul
23:30. ABŞ - Azərbaycan
1 avqust
14:30. Azərbaycan - Fransa
20:30.Almaniya - Azərbaycan
2 avqust
11:30. Avstraliya - Azərbaycan
19:30. Çin - Azərbaycan
3 avqust
19:30. Kanada - Azərbaycan
Reqlamentə əsasən 8 komandanın yer aldığı qrupda ilk iki sıranı tutmuş komandalar yarımfinala adlayacaq. Üçüncü, dördüncü, beşinci və altıncı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Paris Olimpiadasında 3×3 basketbol yarışları iyulun 30-dan avqustun 5-dək keçiriləcək.
Lebron Ceyms əfsanəvi basketbolçunun rekordunu təkrarlayıb
“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilib
Azərbaycan parataekvondoçuları beynəlxalq turnirdə iştirak edəcəklər
İngiltərə Premyer Liqasında transfer dövrlərinin müddəti qısaldıla bilər
Azərbaycanın gimnastika hakimləri yeni kateqoriyaya yiyələniblər