Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var
Sabirabad,17 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" markalı minik avtomobili ilə "İsuzu" markalı yük maşınının toqquşması nəticəsində xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası səhər saatlarında Sabirabad şəhəri Muğan prospektində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan Ayan Dəmirli və Kamran Ağayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xankəndidə iftar süfrəsi açılıb
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO