×
A
A
A
Sazlamalar

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

Bakı, 17 iyun, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 4 tondan artıq olan 16 min 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Cəmiyyət 2024-06-17 10:44:00