×
A
A
A
Sazlamalar

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Bakı, 17 iyun, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında iyunun 17-də daha 3 oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşlər D və E qruplarında baş tutacaq.
E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.
Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da çalınacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

İdman 2024-06-17 10:10:00