Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçılarının sayı açıqlanıb
Bakı, 17 iyun, AZƏRTAC
2023-cü ildə 1 570 nəfər müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 nəfər şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunublar.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (Onlardan ikisi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası) psixoloji yardımın göstərilməsi davam etdirilib.
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO
Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb