×
A
A
A
Sazlamalar

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

Bakı, 17 iyun, AZƏRTAC

Türkiyədə avtomobil Qurban bayramı ilə əlaqədar təşkil olunan heyvanların satışı məntəqəsinə girib.
AZƏRTAC xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Hadisə Mersin şəhərinin Yenişehir rayonunda qeydə alınıb. İdarəetmədən çıxan avtomobil heyvan bazarına girib. Hadisə nəticəsində biri ağır olmaqla səkkiz nəfər yaralanıb, 20 xırdabuynuzlu heyvan isə tələf olub.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Dünya 2024-06-17 06:32:00