NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir
Bakı, 17 iyun, AZƏRTAC
NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə gətirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq bildirib.
“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarını açıqlamayacağam. Bu məsələlərlə bağlı məsləhətləşmələr aparırıq”, - deyə o bildirib.
Stoltenberqin sözlərinə görə, NATO nüvə silahı olmayan dünya istəyir: “Nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır”.
O qeyd edib ki, müasir silahların yaradılmasına böyük sərmayələr yatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını minə çatdırmaq niyyətində olan Çin xüsusilə narahatlıq doğurur.
“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir
Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir
Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək
Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib