Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub
Bakı, 17 iyun, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Üzbəüz” layihəsinin növbəti qonağı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin budəfəki qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə olub. Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söhbət açıb.
Firəngiz Əlizadə görüşdə Azərbaycan müasir bəstəkarlıq məktəbinin inkişafından, öz yaradıcılıq yolundan söhbət açıb.
Görüşdə iştirak edən Gəncə şəhərinin mədəniyyət və incəsənət xadimləri ilə maraqlı müzakirələr aparılıb.
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb
Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək
Oya-oya, duya-duya – sənətkarın emalatxanasından REPORTAJ
Qazaxıstanda dünya xalqlarının mədəni irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib
Mədəniyyət naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb