Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib
Bakı, 17 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə XVII Avropa çempionatının C qrupunda ilk tura yekun vurulub. AZƏRTAC xəbər verir ki, turnirin favoritlərindən sayılan İngiltərə Serbiya yığması ilə qarşılaşıb.
Qelzenkirxen şəhərinin “Arena AufSchalke” stadionunda keçirilən qarşılaşma ingilislərin hücumları ilə başlayıb. Nəticədə britaniyalılar hesabı aça bilib. Matçın 13-cü dəqiqəsində Cud Bellinqem fərqlənib - 1:0. Bundan sonra bərabərlik axtarışında olan serblər bir neçə dəfə Cordan Pikfordu narahat etsələr də əlcək ustası qapısını toxunulmaz saxlayıb.
Nəticədə Qaret Sautgeytin komandası minimal hesablı qələbə ilə qrupda liderliyə yüksəlib. Qeyd edək ki, C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə 1:1 hesablı nəticəyə razılaşıb.
Bakıda keçiriləcək UFC turniri İdman TV-də canlı yayımlanacaq
Aslan Kərimov: “Sabah” Sloveniya klubuna qalib gələ bilmək iqtidarındadır
Nazim Sadıxov: Rəqibim Nikolas Mottadan çəkinmirəm
Çilili idmançı: Rafael Fiziyev yüksəksəviyyəli döyüşçüdür
Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam