Gürcüstanda bir gündə 3 zəlzələ baş verib
Tbilisi, 16 iyun, AZƏRTAC
İyunun 16-da Gürcüstanın qərbində 3 zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, iyunun 16-da günün birinci yarısında Oni bələdiyyəsinin ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
İkinci zəlzələ də Oni şəhərinin yaxınlığındakı Tsxmori kəndində 4,4 maqnitudalı olub.
Üçüncü zəlzələ isə Oni şəhəri yaxınlığındakı Badjixevi kəndində olub. Burada yeraltı təkanların gücü 4 bal təşkil edib.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Cənubi Koreya kəşfiyyatı: Minlərlə şimali koreyalı Rusiyada işləməyə göndərilib
Berlinin ictimai nəqliyyat işçilərinin tətili davam edir
HƏMAS fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salıb