Avro-2024: Niderland Polşaya qalib gəlib
Bakı, 16 iyun, AZƏRTAC
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland yığmaları arasında olub. Qarşılaşma niderlandlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı Polşanın heyətində 16-cı dəqiqədə Adam Buksa açıb. 29-cu dəqiqədə Kodi Qapko hesabı bərabərləşdirib. Matçın yekun nəticəsini 83-cü dəqiqədə Vout Veqorst müəyyənləşdirib.
Günün digər iki oyunu isə C qrupunda reallaşacaq. Danimarka Sloveniyanı, İngiltərə isə Serbiyanı sınağa çəkəcək. Görüşlər müvafiq olaraq, saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb
İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib
Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam
Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram
"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ