“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bakı, 16 iyun, AZƏRTAC
Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti yardım aksiyasını təşkil edib. Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar ehtiyaclı insanların yanında olub.
AZƏRTAC xəbər verir ki, yardım aksiyası zamanı "Ümid Yeri" uşaq sığınacağı, “Nur” uşaq evi, “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi” və "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin qadın və uşaq sığınma evinə qida məhsulları və gigiyenik vasitələrdən ibarət yardım bağlamaları çatdırılıb.
Eyni zamanda şirkət Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətində qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları yollayıb.
Bundan başqa Avrora Qrup bayram ilə əlaqədar ümumilikdə 2,5 ton qurbanlıq ət bağlamalarını aztəminatlı ailələrə paylayıb.
Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir
Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib