Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurası xeyirxahlıq missiyasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, İslam aləminin müqəddəs bayramı olan Qurban bayramı münasibətilə təşkilat dəfə Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban payları təqdim edib.
Qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər şəxslər sakinləri bayram münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıblar. Qeyd ediblər ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən bundan sonra da şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstəriləcək.
Sakinlər dövlət səviyyəsində də hər zaman böyük qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qurban bayramı günlərində davam etdiriləcək bu xeyriyyə aksiyası 2500-yə yaxın ailə üçün nəzərdə tutulub.
Sosial islahatların uğurları son bir ildə 120-dək beynəlxalq mükafata və sertifikata layiq görülüb
Bakıda qida məhsullarının qablaşdırılması müəssisəsinin fəaliyyəti dayandırılıb
Sabah ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir
Sosial Xidmətlər Agentliyinin mərkəzlərində valideynlər üçün qrup terapiyası təşkil edilib
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib