×
A
A
A
Sazlamalar

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Bakı, 16 iyun, AZƏRTAC

Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilmişdir. Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, - deyə məlumatda bildirilir.

Ordu 2024-06-16 15:19:00