Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir
Bakı, 16 iyun, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 634 reys həyata keçirilib, 20623 sərnişin mənzilbaşına çatdırılıb.
Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri öncədən “biletim.az” portalından onlayn qaydada əldə etmələrini tövsiyə edilir.
Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin olunmasına xidmət edən “biletim.az” portalında hazırda 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır
ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək
® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib