×
A
A
A
Sazlamalar

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Bakı, 16 iyun, AZƏRTAC
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 3 oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Digər iki oyun isə C qrupunda reallaşacaq. Danimarka Sloveniyanı, İngiltərə isə Serbiyanı sınağa çəkəcək. Görüşlər müvafiq olaraq, saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

İdman 2024-06-16 11:04:00