×
A
A
A
Sazlamalar

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Kiyev, 16 iyun, AZƏRTAC
GUAM-ın ticarət və nəqliyyatın tənzimlənməsi layihəsinin rəhbər Komitəsinin 37-ci onlayn formatda iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər 2024-cü ildə GUAM-a üzv dövlətlərdə gömrük sektorunda aparılan islahatları müzakirə ediblər.
İclasda həmçinin nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi və GUAM Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsi üçün konkret addımların atılması, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub.
Bu sahədə birgə layihələrin qiymətləndirilməsi qərara alınıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2024-06-16 08:56:00